AZ

Beş kəndə yola salınan növbəti köç karvanları Ağdərəyə çatıb

Ağdərənin Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Həsənriz kəndlərinə yola salınan növbəti köç karvanları rayon mərkəzinə çatıb.

Ölkə.az xəbər verir ki, ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Çıldırana 3 (13 nəfər), Aşağı Oratağa 21 (108 nəfər), Heyvalıya 7 (34 nəfər), Çapara 4 (17 nəfər), Həsənrizə isə 6 ailə (29 nəfər) köçürülüb.

Seçilən
35
2
olke.az

3Mənbələr