AZ

“PAŞA Bank”ın səhmdarlarına mükafat ödəniləcək

Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı 30 aprel 2026-cı il tarixində, saat 17:00-da, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. “PAŞA Bank” ASC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilməsi; 2. İllik idarəetmə hesabatlarının təsdiqlənməsi; 3. Mükafatın ödənilməsi; 4. Digər məsələlər.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Baş ofisində, həmçinin elektron qaydada müraciət etməklə tanış ola bilərlər.

Seçilən
71
1
banker.az

2Mənbələr