AZ

Paşinyan ermənilərin niyə Aya gedə bilmədiklərini izah edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Aya eniş proqramının olmamasını 400.000 mütəxəssis çatışmazlığı ilə əlaqələndirdi.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə o, ictimai innovasiya forumunda çıxış edərkən bildirib.

Paşinyan bildirib ki, Amerikanın “Apollon” Aya eniş proqramında 400.000 alimin işlədiyini öyrənəndə təsirlənib. O, əmin olduğunu bildirib ki, ABŞ-nin bu qədər mütəxəssisi olmasaydı, layihə həyata keçirilməzdi.

"Əlbəttə ki, min illik tariximiz boyunca heç vaxt planlaşdırmamışıq və təəssüf ki, bu gün də Aya getməyi planlaşdırmırıq. Və bunun bir səbəbi var - həmin 400.000 alim və mütəxəssisin olmaması", - deyə Ermənistan prezidenti bildirib.

QAZİLER.AZ

Seçilən
45
qaziler.az

1Mənbələr