AZ

"Fitch Ratings" İran münaqişəsinin qlobal sığorta bazarına təsirlərini qiymətləndirib

Bakı. Trend:

İranla münaqişə qısamüddətli olarsa və neft hasilatı və nəqliinfrastrukturlarına ciddi ziyan dəyməzsə, qlobal sığorta sektoruüçün bu münaqişənin reytinq nəticələri məhdud olacaq.

Trend bu barədə“Fitch Ratings” benyəlxalq reytinq agentliyinə istinadən xəbərverir.

“Mövcud reytinqlər çərçivəsində sığortaçıların mənfəətinə təsiridarəolunan olacaq, çünki hərbi risklər, bir qayda olaraq, yalnızbəzi dar ixtisaslaşmış seqmentlər istisna olmaqla, sığortatəminatına daxil edilmir. Lakin münaqişənin miqyası və müddətiartarsa, daha uzunmüddətli iqtisadi və maliyyə volatilliyizərərlərin dəyərinin artması, aktivlərin qiymətinin azalması vədefoltların çoxalması vasitəsilə dolayı təsir göstərə bilər”, -deyə bildirilib.

Qeyd olunur ki, London bazarı və qlobal ixtisaslaşmışsığortaçılar münaqişə risklərinə daha birbaşa məruz qalır. Bu,onların dəniz və aviasiya daşımalarında hərbi risklərin, siyasizorakılığın, ticarət kreditlərinin və enerji layihələrininsığortası ilə bağlı olması ilə izah olunur: “Biz əmlaka dəyənzərər, biznes fasilələri və ya kiberrisklər üzrə əhəmiyyətlisığorta ödənişləri gözləmirik, çünki belə sığorta siyasətləriadətən hərbi əməliyyatları istisna edir”.

Məlumata görə, son hadisələr qiymətlərin kəskin şəkildə yenidənqiymətləndirilməsi səbəbindən sığorta tutumunun azalmasına gətiribçıxarıb və hərbi risklər bazarında korrelyasiyalı zərərlər riskiniartırıb: “2026-cı ilin birinci rübündə əks olunan ilkin ödənişlərmənfəətə təsir barədə təsəvvür yaradacaq. Lakin 2022-ci ildəRusiya-Ukrayna müharibəsinin eskalasiyasından sonra olduğu kimi,əksər sığortaçılar üçün bu təsirin məhdud olacağınıgözləyirik”.

Agentlik hesab edir ki, münaqişənin dolayı, ikinci dərəcəlinəticələri reytinqlərə birbaşa sığorta və təkrarsığortazərərlərindən daha çox təsir göstərə bilər: “Reytinqlərə təsirhəmçinin sığortaçıların asılı olduğu suveren və ya bankreytinqlərində mümkün dəyişikliklərlə bağlı ola bilər. Belətəsirlər “Fitch Ratings”in baza ssenarisində nəzərdə tutulduğundandaha uzunmüddətli və ya dağıdıcı münaqişə halında daha çox ehtimalolunur”.

“ “Lloyd's of London” bazarında Birləşmiş Hərbi Komitəninsiyahısına daxil edilən ərazilərdən – məsələn, Hörmüz boağzasındankeçid zamanı hərbi risklərin sığortası məcburidir. Dəniz vəaviasiya daşımaları üzrə hərbi risk sığortası ya qısa müddətdə ləğvolunub, ya da xeyli yüksək tariflərlə yenidən qiymətləndirilib.Hörmüz boğazından keçən gəmilər üçün dəniz hərbi risk sığortasıüzrə mükafatlar volatilliyini qoruyur və gəminin sığorta dəyərininadi 0,25%-i ilə müqayisədə 20 dəfəyədək artıb. Aviasiya üzrə hərbimüddəalar donanmaya dəyən ziyanı və müsadirəni əhatə etsə də,fəaliyyət fasilələrini əhatə etmir”, -deyə agentlik qeyd edir.

Vurğulanır ki, hazırda Fars körfəzi və ona bitişik sularda ümumikorpus dəyəri 25 milyard ABŞ dollarından artıq olan təxminən 1 000gəmi mövcuddur: “Bir gəminin məhv edilməsi üzrə ümumi sığortazərəri onun növü və yükündən asılı olaraq yüz milyonlarla dollaraçata bilər. Dəniz məsuliyyət sığortası həmçinin böyük neft sızmasıhalında çirklənmə riskini də əhatə edir. Adətən bu risklər birhadisə üzrə 500 milyon dollarla məhdudlaşır. Hörmüz boğazıətrafında gəmilərin çoxluğu səbəbindən yığılmış zərərlər riskiyüksək olaraq qalır”.

Əmlak sığortasına tez-tez daxil edilən siyasi zorakılıq vəterrorizm risklərinin də münaqişə nəticəsində aktivləşə biləcəyiqeyd olunur: “Təsir səviyyəsi qeyri-müəyyəndir, lakin bu, FarsKörfəzi Ərəb dövlətləri Əməkdaşlıq Şurası ölkələrində , o cümlədənəvvəllər təhlükəsiz hesab edilən data mərkəzləri və digərinfrastrukturda zərərlərə səbəb ola bilər. Hazırda zərərlərinməhdud olduğu qiymətləndirilir, lakin əsas infrastruktura yönəlmişəlavə zərbələr əhəmiyyətli risk olaraq qalır”.

Qeyd edilir ki, Fars körfəzi ölkələrinin sığortaçıları əsasəntəkrarsığorta ilə təmin olunub, lakin qlobal təkrarsığortaçılarregiondakı mövcudluğunu azaldıb. Şaxələndirilmiş təkrarsığortaqrupları üçün cari münaqişə ixtisaslaşmış seqmentlər vasitəsiləmənfəətə təsir edən amil kimi qiymətləndirilir. Bununla belə,korrelyasiyalı zərərlər riski mənfəət volatilliyini artıra vəuzanan münaqişə və ya qlobal iqtisadiyyat və maliyyə bazarları üçündaha sistemli şok halında kapitala təzyiq göstərə bilər.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
24
1
az.trend.az

2Mənbələr