Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, korrupsioner Luis Moreno Okampo özünün feysbuk səhifəsində bildirib ki, Bakıda həbsdə olan erməni cinayətkarlar və Qarabağdan könüllü gedən ermənilərlə bağlı yeni kampaniya başlayacaq.
Musavat.com-un xəbərinə görə, Okampo Avropa Siyasi Birliyinin (AİB) 8-ci Zirvə Görüşündən əvvəl, mayın 4-də Böyük Britaniya, Norveç və İsveçrə kimi Avropa İttifaqına üzv olmayan ölkələr də daxil olmaqla, 40-dan çox ölkənin lideri İrəvanda toplaşacaq.

Zirvə toplantısının məqsədi “ümumi strateji çağırışlara cavabları əlaqələndirmək”dir. Növbəti gün isə Ermənistanın Avropaya inteqrasiyasını dərinləşdirmək məqsədi ilə Aİ qurumlarının rəhbərlərini bir araya gətirən ilk Ermənistan-Aİ Zirvə Toplantısı keçiriləcək Okampo etiraf edib ki, Qarabağ mövzusu görüşlərin gündəliyində deyil: “Amma Avropa liderləri 120 min insanın tarixi vətənlərindən zorla qovulduğu (?)reallıqla üzləşəcək. Girovların azad edilməsi, Ermənistanın müdafiəsi və Dağlıq Qarabağ xalqına hörmətlə yanaşmaq üçün sosial mediada yeni bir kampaniya başlayacaq”, – deyə dələduz keçmiş prokuror sayıqlayıb.
Bədnam keçmişi olan Luis Moreno Okampo korrupsiya, hətta cinsi təqibdə də ittiham olunub. İndi onun erməni kampaniyasının önündə getməsi də təsadüfi deyil. Vaxtilə Qarabağ separatçılarının lideri Araik Arutyunyan da məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks-prokuror da tapşırığı yerinə yetirib və Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu. O, bir neçə il öncə ofşor maliyyə fəaliyyəti ilə bağlı suala cavabında bildirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsindəki maaşı onun üçün kifayət etmir. Yeri gəlmişkən, bu dələduz işğaldan azad edilən Qarabağda “etnik təmizləmə”lərə yol verildiyini belə iddia edib. Okamponun adı MDB məkanında qalmaqallı məhkəmələrdə də hallanıb. Məsələn, o, “Centros Commerciales Antei” şirkəti vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunan Vladislav Rezniki müdafiə edib.