AZ

Yaşa görə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 57,2 faizə çatıb  

2018-ci ildən indiyədək icra edilən 5 sosial islahat paketinin bir istiqaməti olaraq pensiyalarda davamlı artımlara nail olunması orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinin (əvəzetmə əmsalı) qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılmasında mühüm irəliləyişə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il martın 1-nə ölkəmizdə orta aylıq əməkhaqqı 1103,8 manat, orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya 632 manat təşkil etməklə, qeyd olunan nisbət 2018-ci ilə nisbətən orta aylıq pensiya üzrə 40,7 faizdən 54 faizə, yaşa görə orta aylıq pensiya üzrə 45,8 faizdən 57,2 faizə çatıb.

Seçilən
24
13
azerbaijan-news.az

10Mənbələr