AZ

Daha çox var, amma az verir - Fitrə verilərkən nələr nəzərə ALINMALIDIR?

"Fitrə evdə adam başına görə verilən bir məsələ deyil. Yəni, uşaqlar var, oruc tutmayıb, o hardan verəcək? Niyə verməlidir?"

Bu sözləri Milli.Az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

E.Miri qeyd edib ki, fitrə sədəqədir, yardımlaşmadır. Ailədə, əsasən, oruc tutanların üzərinə düşür:

Onun sözlərinə görə, oruc tutan da imkanı varsa, öz büdcəsinə uyğun şəkildə bir ailəni və ya bir insanı sevindirəcək məbləğdə vəsait ayırmalıdır:

"Elə insanlar var ki, maddi imkanı yaxşıdır, amma yenə də 5-10 manat verir. Digər tərəfdə isə daha az imkanlı biri eyni məbləği verir. Bu isə düzgün deyil".

Nəzərə çatdırıb ki, hər kəs fitrəni öz büdcəsinə görə müəyyən etməlidir:

"İnsan öz bayram xərclərini necə planlaşdırırsa, fitrəni də ona uyğun hesablamalıdır. Minimum və ya orta məbləğ seçərək ehtiyacı olanlara dəstək ola bilər. Bu, ailədə hər bir fərd üçün ayrıca veriləcək bir məsələ deyil".

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev bildirib ki, oruc tutub-tutmasından asılı olmayaraq hər kəsin fitrə zəkatı çıxarması vacibdir. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, orta səviyyədə yaşam tərzi olan insanlar adambaşına 10-15 manat fitrə zəkatı versin. Bunun üçün konkret standart məbləğ müəyyən edilməyib, bu sadəcə idarənin tövsiyəsidir.

Seçilən
0
4
musavat.com

5Mənbələr