AZ

“Turan Tovuz”un legioneri Qazaxıstan klubuna KEÇƏ BİLƏR

“Turan Tovuz”un legioneri Aleks Serrano xarici klubların diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisinin aparıcı oyunçularından olan ispanı Qazaxıstan klubları istəyir.

Məlumata görə, “Ordabası” Serrano ilə yaxından maraqlanır. Qazaxlar yayda Serranonu heyətinə qatmaq üçün təklif göndərəcək. Onun “Turan Tovuz”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
 

31 yaşlı yarımmüdafiəçi 2023-cü il avqust ayından Tovuz klubunun formasını geyinir. Aleks Serrano karyerası ərzində “Sportinq Xixon”, “Espanyol”B, “Malyorka”B, “Selta”B(Viqo), “Salamanka”, “Talavera”, “Kornelya”, “Qornik”, “Hebar” komandalarında oynayıb. “Ordabası” 2023-cü ildə Qazaxıstan çempionu olub.


Qeyd edək ki, Şimkənt təmsilçisi 2 turdan sonra 4 xalla 3-cü pillədə qərarlaşıb.

Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr