AZ

Polşa da İranın Naxçıvana PUA hücumunu pislədi

Polşa Baş nazirinin müavini, xarici işlər naziri Radoslav Sikorski azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı R.Sikorski martın əvvəlində İran ərazisindən Azərbaycana qarşı həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) hücumunu qətiyyətlə pisləyib. O, beynəlxalq hüququn bu cür pozulmasının qəbulolunmaz olduğunu vurğulayıb.

Tərəflər həmçinin Yaxın Şərq və Cənubi Qafqaz regionundakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Nazirlər davam edən münaqişələrin yarada biləcəyi mümkün siyasi və iqtisadi nəticələr barədə fikir mübadiləsi aparıblar.

"Cebheinfo.az"

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr