Gəncədə sürücü sükan arxasında vəfat edib. 1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 16-sı saat 09 radələrində baş verib. Şəhər ərazisində 1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi "VAZ 2106" markalı 10-ES-234 nömrə nişanlı avtomobildə infarktdan ölüb. Faktla bağlı araşdırma aparılır.