AZ

İranda internetə giriş məhdudiyyəti davam edir

Qahirə, 17 mart, AZƏRTAC

İran Təhlükəsizlik Nazirliyi əhalidə olan yüzlərlə “Starlink” cihazını müsadirə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, “düşmən tərəfindən göndərilmiş” cihazlar təhlükəsizlik orqanlarının həyata keçirdikləri genişmiqyaslı əməliyyat nəticəsində ələ keçirilib.

Qeyd edək ki, İranda internet kəsintisi artıq üçüncü həftədir davam edir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Seçilən
59
7
azertag.az

10Mənbələr