AZ

Tatarıstanın Xalq artisti: Novruz mənim ən parlaq uşaqlıq xatirələrimdir

Bakı, 17 mart, AZƏRTAC

Novruz bayramı ərəfəsində AZƏRTAC türk xalqlarının nümayəndələrinə çoxdan gözlənilən yazın gəlişini qeyd edən bu bayramın əhəmiyyəti barədə məlumat vermək xahişi ilə müraciət edib.

Tatarıstan Respublikasının Xalq artisti, Sabir Amutbayev adına Menzelinski Dövlət Tatar Dram Teatrının aktrisası Razilə Mullina:

Novruz təbiət və günəş dövrləri ilə əlaqəli bir çox qədim ənənələri qoruyub saxlayıb. Bayramdan əvvəl insanlar hərtərəfli təmizlik işləri görür. Bayrama qonaqları dəvət edirlər. Qonaq etmək və paylaşmaq vacib hesab olunur. Günəşin simvolu olaraq nazik kökələr bişirilir. Hədiyyə vermək adətdir. Bayram təbiətin dirçəlişi ilə əlaqəli olduğundan, insanlar çox vaxt açıq havada toplaşırlar. Novruz Tatarıstanın müxtəlif bölgələrində fərqli şəkildə qeyd olunur. Söhbət Menzelinski rayonumdan gedir. Biz qubadiya, şirin qatlı piroq (kəsmik, düyü, üzüm, yumurta və kərə yağı ilə) bişiririk. Masadakı qubadiya ailədə rifahı simvolizə edir.

Novruz mənim ən parlaq uşaqlıq xatirələrimdir. Evdən çıxmazdan əvvəl nənəm mənə duzlu su səpib, bədnəzərdən qorumaq üçün dua edərdi. Biz kənd klubunun yaxınlığında küçədə toplaşar, sonra çantalarımızla qapı-qapı gəzərdik. Ev sahibləri adətən bişmiş yumurta, konfet və peçenyeyə qonaq edərdilər.

Məncə, bu bayramda biz adət-ənənələrimizi övladlarımıza və nəvələrimizə ötürürük. Çünki Novruz bayramı gündəlik həyatımızda bəzən unudulan yenilənmə, harmoniya və təbiətlə birlik ideyasını ifadə edir.

Müxbir- Anara Axundova

Seçilən
50
1
azertag.az

2Mənbələr