AZ

Albaniya SEPAH ı terror təşkilatı kimi tanıyıb

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Albaniya parlamenti İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

Bu barədə Albaniya parlamentinin bəyanatında bildirilib.

Bəyanatda deyilir ki, Albaniya İranı terrorizmi dövlət səviyyəsində dəstəkləyən ölkə kimi tanıyır.

"Albaniya parlamenti İran İslam Respublikasını terrorizmi dəstəkləyən və terror vasitələrindən öz xarici siyasət məqsədləri üçün istifadə edən ölkə elan edir”, - parlamentin bəyanatında qeyd olunub.

Qeyd edək ki, Albaniya 2022-ci ildə İranı dövlət strukturlarına kiberhücumda ittiham edib və Tehranla əlaqələri kəsib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
11
azxeber.com

10Mənbələr