AZ

Rza Pəhləvi Laricaninin ölümünə görün necə reaksiya verdi…

İran ətrafında baş verən son hadisələr və artan hərbi-siyasi gərginlik fonunda müxtəlif siyasi fiqurların açıqlamaları diqqət mərkəzinə düşüb. Xüsusilə, ölkədən kənarda yaşayan müxalif qüvvələrin nümayəndələrinin səsləndirdiyi fikirlər regionda baş verən proseslərə fərqli baxışları ortaya qoyur. Bu kontekstdə İranın keçmiş şah ailəsinin nümayəndəsi Reza Pəhlavi sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

KONKRET.az-ın xəbərinə görə, o bildirib ki, İranın yüksək vəzifəli şəxslərindən olan Əli Laricani və “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymani daxil olmaqla bir sıra şəxslər öz əməllərinə görə ədalətli cəza alıblar.

Onun sözlərinə görə, bu şəxslər amansız qətllərə görə məsuliyyət daşıyırdılar və baş verənlər İranda həlak olanların ailələrinə müəyyən təsəlli kimi dəyərləndirilə bilər.

Rza Pəhləvi eyni zamanda İranın təhlükəsizlik qüvvələrinə də müraciət edərək onları silahı yerə qoymağa və qarşı tərəfə keçməyə çağırıb.**globalinfo.az

Seçilən
40
1
konkret.az

2Mənbələr