AZ

Türkiyədə Novruz bayramının rəsmi qaydada qeyd edilməsi ilə bağlı müzakirə aparılıb

İstanbul, 17 mart, AZƏRTAC

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyənin İzmir şəhərinə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində komitə sədrinin İzmir valisi Süleyman Elban ilə görüşü baş tutub. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Fuad Muradov İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tugay ilə görüşüb.

Həmsöhbətlər İzmirdə diaspor fəaliyyəti, bu il Türkiyədə ilk dəfə rəsmi qaydada keçiriləcək Novruz bayramı kimi mövzularda fikir mübadiləsi aparıblar.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Seçilən
15
2
azertag.az

3Mənbələr