AZ

Tehranda şok zərbələr: İsrail “Bəsic”i darmadağın edir - Video

Son saatlarda İsrail Ordusu Tehranın müxtəlif nöqtələrində yerləşən “Bəsic” qüvvələrinin mövqelərinə zərbələr endirib.

Musavat.com xəbər verir ki, hücumlar paytaxt üzrə səpələnmiş obyektləri əhatə edib. “Bəsic” qüvvələri İranda etiraz aksiyalarının dağıdılması və sərt müdaxilələrdə əsas rol oynayan strukturlardan biri hesab olunur. Bu qüvvələr uzun illərdir ki, aksiyalara qarşı zor tətbiqi və etirazçıların təqibində iştirak etməkdə ittiham edilir. 

Ekspertlərin fikrincə, məhz bu hədəflərin seçilməsi İsrailin taktikasında dəyişiklik kimi qiymətləndirilə bilər. Belə ki, əvvəlki mərhələlərdə daha çox hərbi və strateji obyektlər vurulurdusa, indi daxili təhlükəsizlik strukturlarına yönəlmiş zərbələr diqqət çəkir.

Hadisələrin Tehranın daxilində baş verməsi isə vəziyyətin yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir. Paytaxtda həm hərbi, həm də ictimai-siyasi gərginliyin artdığı bildirilir.

 

Musavat.com

Seçilən
102
3
musavat.com

10Mənbələr