AZ

İranın “beyni” susduruldu: Laricaninin ölümü ölkəni silkələdi

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda İran rəhbərliyindən sarsıdıcı xəbər gəlib.

Musavat.com xəbər verir ki, rəsmi Tehran İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin həlak olduğunu təsdiqləyib.

Xatırladaq ki, bu barədə ilk məlumat ötən gün İsrail tərəfi tərəfindən yayılmışdı. Bildirilirdi ki, Laricani zərbə nəticəsində öldürülüb. Lakin İran hakimiyyəti gün ərzində məlumatı nə təsdiq, nə də təkzib etmiş, yalnız bir müddət sonra rəsmi açıqlama ilə çıxış edib.

Əli Laricani İranın ali təhlükəsizlik sistemində əsas fiqurlardan biri idi. O, İran İslam Respublikasının təhlükəsizlik strukturunun rəhbər simalarından sayılır, strateji qərarların qəbulunda mühüm rol oynayırdı.

Onun ölümü İran rəhbərliyi üçün ciddi itki kimi qiymətləndirilir.

 

Musavat.com

Seçilən
54
2
musavat.com

10Mənbələr