00:42
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Nazirlikdən Day.Az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
22:39
Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən Day.Az-a bildirilib ki, hazırda yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
21:14
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Day.Az-abildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.