AZ

Xalq artisti 19 yaşlı sevgilisindən ayrılıb eks-arvadı ilə barışdı

Yanvarda Rusiyanın Xalq artisti Qriqori Lepsin nişanlısı 19 yaşlı Avrora Kiba musiqiçi ilə ayrıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat vermişdi. Hazırda isə Qriqori keçmiş həyat yoldaşı ilə yenidən yaxınlaşıb. Sənətçinin Anna Şaplıkova ilə birlikdə görüntüləri yayılıb. Keçmiş həyat yoldaşları Lepsin anasının 90 illik yubileyi münasibətilə təşkil olunan məclisdə birlikdə iştirak ediblər.

Soçidəki restoranlardan birində çəkilmiş videoda Leps Annanın yanında əyləşib. Keçmiş həyat yoldaşları mehriban söhbət edir, bu zaman onların 24 yaşlı böyük qızı Eva isə video çəkir.

Seçilən
6
2
publika.az

3Mənbələr