AZ

İranın “əli” Avstraliyaya da çatdı: Yanğın və dağıntılar var

İranın atdığı mərmi Birləşmiş Ərəb Əmirliklərindəki Avstraliya Hərbi Hava Qüvvələrinin heyətinin yerləşdiyi aviabazada yanğına səbəb olub.

Musavat.com xəbər verir ki, məlumatı Avstraliyanın Baş naziri Entoni Albanese açıqlayıb.

O bildirib ki, zərbə bazaya gedən yola dəyib: "Təsdiqləyə bilərəm ki, heç bir Avstraliya heyəti xəsarət almayıb və hazırda hər kəs tamamilə təhlükəsizdir. Zərbə nəticəsində baş verən kiçik yanğın yaşayış binasına və bazadakı tibb müəssisəsinə kiçik ziyan vurub".

Musavat.com

Seçilən
60
musavat.com

1Mənbələr