AZ

İsrail ordusu İranın yeni ali liderini hədələdi

İsrail ordusu (SAXAL) İranın yeni ali lideri Müctəba Xameneini izləyib zərərsizləşdirəcəyi ilə hədələyib.

Ölkə.az xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.

Bu açıqlama İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin öldürülməsi ilə bağlı bəyanat zamanı verilib.

Silahlı qüvvələrin sözçüsü, briqada generalı Effi Defrin jurnalistlərə bildirib: “Biz Müctəba Xamenei haqqında heç nə bilmirik, onu eşitmirik, onu görmürük, amma bir şeyi deyə bilərəm: biz onu izləyəcəyik, tapacağıq və zərərsizləşdirəcəyik”.

Həmidə İbrahimova

Seçilən
52
2
olke.az

3Mənbələr