İranda 2025-ci ilin iyununda İsrailin xeyrinə casusluq etdiyinə görə məhkum edilmiş şəxs barəsində edam hökmü icra olunub.
Redaktor.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilir ki, casusluqda şübhəli bilinən şəxs 12 günlük müharibə zamanı Tehran ətrafında saxlanılıb. Ona qarşı İsrailin kəşfiyyat xidməti olan “Mossad”la əməkdaşlıq etmək ittihamı irəli sürülüb. Həmin şəxsin İrandakı “həssas obyektlər” haqqında məlumatları xaricə ötürdüyü bildirilir.