AZ

Əraqçi: Laricaninin öldürülməsi İranı sarsıtmayacaq

ain.az bildirir, Bizimyol portalına istinadən.

İsrailin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini öldürməsi ölkənin siyasi sisteminə ciddi təsir göstərməyəcək.

Bizimyol.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl Cəzirə" telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, İranın siyasi quruluşu tək bir şəxsdən asılı deyil və güclü institutlara əsaslanır: “Bir nəfərin varlığı və ya yoxluğu sistemi sarsıda bilməz”, - deyə o qeyd edib.

O, ABŞ-İsrail hücumlarının ilk günündə öldürülən ali lider Ayətullah Əli Xameneinin ölümünə baxmayaraq, sistemin fəaliyyətini davam etdirdiyini xatırladıb.

67 yaşlı Laricani müharibənin başlanmasından sonra Tehranda öldürülən ən yüksək vəzifəli şəxslərdən biridir. Eyni zamanda, “Bəsic” qüvvələrinin rəhbəri Qulamrza Süleymani də hücum nəticəsində həlak olub.

Siyasi analitik Marvan Bişara isə qeyd edib ki, bu cür sui-qəsdlər müharibə praktikası üçün qeyri-adi olsa da, İranın siyasi sisteminin dağılmasına səbəb olmayacaq.

XİN rəhbəri Abbas Əraqçi vurğulayıb ki, regionda baş verən müharibəyə görə məsuliyyət ABŞ-ın üzərinə düşür: “Bu müharibəni biz başlamamışıq və nəticələrinə görə ABŞ cavab verməlidir”, - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr