AZ

Buşehr Atom Elektrik Stansiyasının ərazisinə mərmiDÜŞDÜ

İran Buşehr AES ərazisinə mərmi düşməsi barədə MAQATE-yə məlumat verib.

Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) X sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, hadisə martın 17-si axşam saatlarında baş verib və İran tərəfi Buşehr Atom Elektrik Stansiyasının ərazisinə mərmi düşdüyünü agentliyə bildirib.

Qeyd olunub ki, stansiyaya hər hansı ziyan dəyməyib və işçilər arasında xəsarət alan yoxdur.

Bəyanatda MAQATE-nin baş direktoru Rafael Qrossinin münaqişə zamanı maksimum təmkinli olmağa çağırdığı vurğulanıb. O, nüvə qəzası riskinin qarşısını almaq üçün tərəfləri ehtiyatlı davranmağa səsləyib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
36
redaktor.az

1Mənbələr