AZ

Senator: ABŞ İranı 10 nüvə bombası hazırlamaq yolunda dayandırdı

ABŞ-ın ötən ilin iyun ayında həyata keçirdiyi əməliyyat İranın ən azı 10 nüvə bombası hazırlamasına mane oldu...

Poliqon xəbər verir ki, Respublikaçı senator Lindsi Qrem bunu X şəbəkəsində elan edib.

"Prezident Donald Tramp bu əməliyyat vasitəsilə İranın ən azı 10 nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə etməsinin qarşısını aldı. İran bu məqsədə illər ərzində deyil, həftələrlə çatıb. Müəfiqlərinizin iradəsini belə çətin anlarda öyrənmək olar. BƏƏ ABŞ-ın boğazdan neftinin yalnız 1%-ni almasına baxmayaraq, Hörmüz boğazını açıq saxlamaq üçün mübarizə apardığını başa düşür. Boğazı qorumaq üçün beynəlxalq koalisiyada iştirak etməyi düşünmək istəkləri çox təqdirəlayiqdir", deyə Qrem vurğulayıb.

Senator BƏƏ-nin İrandan qorunmaq üçün köməyə ehtiyacı olanların ön sıralarında olması fikrini ifadə edib.

2025-ci ilin iyun ayında ABŞ İrana qarşı xüsusi əməliyyat keçirib və bundan sonra Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın İrandakı üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana dəqiq zərbə endirdiyini bildirib:

"Biz İranın nüvə proqramını məhv etdik, lakin qeyd etmək lazımdır ki, əməliyyat İran ordusuna və ya İran xalqına qarşı yönəlməyib. Bu missiya siyasi rejim dəyişikliyi ilə əlaqəli deyildi", deyə Heqset o vaxt bildirib.

İrana qarşı hazırkı zərbələrlə bağlı 3 martda İsrailin Baş naziri Benyamin Netanyahu bunların qaçılmaz olduğunu, çünki onlar olmadan İranın nüvə potensialının artması bir neçə ay ərzində "toxunulmaz" hala gələcəyini bildirib.

O, 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə edilən zərbələrdən sonra İran hərbi personalının və mütəxəssislərinin ballistik raketlərin və atom bombalarının hazırlana biləcəyi "yeraltı bunkerlər" də daxil olmaqla yeni obyektlər tikməyə başladığını bildirib.

Poliqon.info

Seçilən
38
1
poliqon.info

6Mənbələr