AZ

Prezidentin ailəsini şantaj etmək siyasi mübarizə üsulu deyil

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Siyasi fəaliyyət, ictimai iştirakçılıq vacib faktorlardan biridir. Azad fikir cəmiyyətin yalnız inkişafına xidmət edə bilər və insan hüquqları, azadlıqlarının əsasını təşkil edir.Belə bir mövzu çıxır orataya bəs prezidentin ailəsini şantaj etmək, böhtan atmaq siyasi mübarizə üsuludurmu?Birmənalı şəkildə xeyr. Bir şeyi bilmək lazımdır. Siyasi mübarizə üsulu, azad fikir digərinin hüququnu qorumaqla başqa tərəfin hüququnu poza bilməz. Hər zaman demişəm nə hökumət medyasında nə müxalif mətbuatda , nə də söyüş müxalifətinin təbliğat istiqamətində beldən aşağı mübarizə üsulu, ailə, qadın , qız, ana mövzularının gətirilməsini çox zərərli, qeyri əxlaqi davranış hesab etmişəm. Bu doğru mübarizə üsulu deyil. Hətta çox mənfi bir hərəkətdir.Prezident dövlətin əsas atributlarından biridir. Sevərsiniz, sevməzsiniz bu başqa. Bir prezidenti ölkənin 100 %-i sevə bilərmi? Mümkün deyil. Amma bu kiməsə də imkan vermir ki, sağlam və konstruktiv tənqid etmək əvəzində ailə üzvlərini təhqir etsin. Bu yalnız zəif və cılız adamların işidir. Düşünürəm ki, təhqir, şantaj, aşağılama , böhtan olmaz. Yalnız hüquqda qəbul olunmuş qaydalarla mübarizə aparılmalıdır. Digər vasitələr qanunsuzdur və dünyanın heç bir ölkəsində qəbul olunmur və xüsusən ciddi qanun pozuntusu sayılır. Bu baxımdan şantaj edənlərin həbsi vacibdir və qanunauyğundur.Rəşad Quliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
newscenter.az

2Mənbələr