İsrail Hərbi Hava Qüvvələri Tehranda bir neçə hərbi qərargahı hədəf alıb.
Aznews.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
IDF-in məlumatına görə, hədəflər arasında İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ölkədə baş vermiş etirazları yatıran təhlükəsizlik bölməsinin qərargahı, daxili təhlükəsizlik qüvvələrinin texniki təmir mərkəzi və İranın ballistik raket qüvvələrinin qərargahı olub.