Martın 18-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərə qar yağır. Qarın hündürlüyü Şahdağda 7, Qrızda 1 santimetrdir.
Düşən yağıntının miqdarı Şabranda 8, Qəbələdə 7, Zaqatala və Sarıbaşda (Qax) 6, Qobustan və Balakəndə 4, Astara və Xaltanda 2, Quba, Qusar, İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Naftalan, Yardımlı, Biləsuvar, Lənkəran, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək qeydə alınıb.
Martın 17-də şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Naftalanda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında 15 metrədək güclənib.
Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), Zaqatala, Şəki, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.