AZ

İranın yeni Ali lideri Müctəba Xamenei tam sağalıb - Əraqçı

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, ölkənin yeni Ali lideri Müctəba Xamenei tam sağalıb. 

Missiya.Az xəbər verir ki, o, bu barədə "Əl-Cəzirə"yə verdiyi müsahibədə deyib.

Nazir vurğulayıb ki, Xamenei ABŞ və İsrailin raket hücumu nəticəsində yüngül xəsarətlər almış olsa da, hazırda tam sağlamdır:

"Məndə olan və etibarlı hesab etdiyim məlumata görə, o, tam sağlamdır", - deyə o qeyd edib.

Xatırladaq ki, Müctəba Xamenei 8 mart tarixində İranın Ali lideri seçilsə də, bu günə qədər xalqa birbaşa müraciət etməyib. Onun ünvanına olan məlumat yalnız bir dəfə televiziyada oxunub.

ABŞ Prezidenti Donald Tramp isə Xameneinin sağ qalması ilə bağlı hələ də qəti məlumatın olmadığını bildirib. İran rəsmiləri isə zədələrinə baxmayaraq, Ali liderin tamamilə sağlam olduğunu dəfələrlə açıqlayıblar.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr