Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək - FOTO
"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında Novruz bayramı münasibətilə retro vaqonlar nümayiş olunacaq. Bu barədə 1news.az-a səhmdar cəmiyyətindən bildirilib. Qeyd edilib ki, sərnişinlər martın 19-u, 20-i və 21-də səhər saat 10:00-dan axşam 22:00-dək "İçərişəhər" stansiyasının birinci yolunda sərgilənəcək vaqonlarla yaxından tanış ola bilərlər. "Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olmuş "A" tipli vaqon, habelə 1950-ci illərin istehsalı "Q" və "E" tipli vaqonlar xüsusən orta və yaşlı nəslin nümayəndələrinə nostalji hisslər yaşadacaq", - məlumatda bildirilib.