AZ

AFFA nümayəndələri UEFA-nın seminarında

Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın “Oyun analizinə dair Share seminarı” keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə UEFA-nın Texniki İnkişaf departamentinin mütəxəssisləri ilə yanaşı, Azərbaycan, Niderland, Malta, Portuqaliya və digər ölkələrin futbol federasiyalarının nümayəndə heyətləri iştirak ediblər.

AFFA-nı seminarda Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil ediblər.

Tədbir çərçivəsində oyun analizi, müasir analiz tendensiyaları, eləcə də yaxın gələcəkdə spesifik oyun analizi mütəxəssislərinin yetişdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.

II Liqa: “Qaradağ Lökbatan”dan darmadağın

“Turan Tovuz”un futbolçuları milli komandalarda

“Sabah” komandalarından 10 qələbə

I Liqa: XIX turun təyinatları açıqlanıb

“Qarabağ"la “Azərxalça” arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Seçilən
26
10
apasport.az

10Mənbələr