AZ

Xiaomi bu telefonlara dəstəyi dayandırır

Xiaomi bir sıra populyar smartfon modelləri üçün proqram təminatı dəstəyini dayandırdığını açıqlayıb.

Azreform.info xəbər verir ki, bu barədə "XiaomiTime" portalı, "Xiaomi Security Center" və "Android Enterprise Recommended" siyahısına istinadən məlumat yayıb.

Məlumata görə, xüsusilə Xiaomi 12 flaqman seriyasına aid modellərə "End-of-Life" (EOL) statusu verilib. Bu status o deməkdir ki, cihazlar üçün artıq OTA yeniləmələri, təhlükəsizlik patchləri və yeni funksiyalar buraxılmayacaq.

Son proqram versiyaları belə olub:

Xiaomi 12 və 12 Pro — HyperOS 3.0 (Android 15 əsasında)

Redmi Note 12 5G — HyperOS 2.0 (Android 14 əsasında)

Xiaomi 12 Lite — HyperOS 1.0 (Android 14 əsasında)

"XiaomiTime"ın məlumatına görə, bu qərar yalnız cihazların köhnəlməsi ilə bağlı deyil, həm də texniki məhdudiyyətlərlə əlaqəlidir.

Məsələn, Xiaomi 12 seriyasında istifadə olunan "Snapdragon 8 Gen 1" prosessoru yüksək istilik yayması və enerji səmərəliliyinin zəif olması səbəbilə tənqid olunmuşdu.

Digər səbəb isə HyperOS platformasının getdikcə daha mürəkkəb olmasıdır. Sistemə süni intellektlə bağlı yeni funksiyalar əlavə olunduqca köhnə cihazlara uzun müddət dəstək vermək sabitliyə və istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər.

Həmidə İbrahimova

Seçilən
25
2
azreform.info

3Mənbələr