Bakı, 18 mart, AZƏRTAC
Şəxs ifaçı olsa da, pedaqoji səriştənin və psixoloji-metodik yanaşma bacarıqlarının yetərli olmaması uşaqların psixologiyasında ciddi problemlərə səbəb ola bilir.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin martın 18-də “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə bildirib.
O vurğulayıb ki, təhsil prosesi kifayət qədər fərqli sahədir: “Orta ixtisas təhsili peşəyə yiyələnməyə imkan verir. Məsələn, ifaçı yetişdirilir və həmin şəxs hansısa orkestrdə ifaçı kimi fəaliyyət göstərə bilər. Lakin tədris fəaliyyəti ciddi prosesdir. Burada psixoloji, pedaqoji və elmi biliklərin kompleks şəkildə təqdim olunması əsasında bilik və bacarıqlar formalaşdırılmalıdır”,deyə nazir qeyd edib.
Müxbir — Tərgül Babayeva
Fotoqraf — Aydın Məmmədov