AZ

ŞOK GÖRÜNTÜLƏR: Əli Laricaninin öldürüldüyü yerdən görüntü – 18+ FOTO

İranın siyasi iyerarxiyasında ən mühüm simalardan biri, Ali Rəhbərin xüsusi nümayəndəsi və Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaniyə qarşı həyata keçirilən sui-qəsd dünya gündəminin mərkəzinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, hadisə yerindən yayılan son görüntülər hücumun nə dərəcədə peşəkar və dəqiqliklə planlaşdırıldığını nümayiş etdirir. Görüntülərdə partlayışın miqyası və hədəf alınan ərazinin tamamilə nəzarətə götürüldüyü aydın görünür.

Əli Laricani Tehranın mərkəzi küçələrindən birində hərəkətdə olarkən hədəfə alınıb və hadisə yerindəcə öldürülüb.

Analitiklərin rəyinə görə, Laricaninin heç bir xüsusi mühafizə tədbiri görmədən, sərbəst şəkildə şəhərə çıxması onun beynəlxalq səviyyədə, xüsusən də Vaşinqton tərəfindən verilən “toxunulmazlıq” zəmanətinə güvənməsi ilə bağlı olub. Lakin hadisə yerindən əldə edilən kadrlar göstərir ki, İsrail kəşfiyyatı bütün diplomatik kanalları və gizli razılaşmaları kənara qoyaraq, İranın “mülayim” qanadının ən güclü bəndini qırıb.

Hadisə yerinə dərhal İranın xüsusi xidmət orqanları və SEPAH-ın çevik qüvvələri cəlb olunub. Ərazi tamamilə mühasirəyə alınıb və giriş-çıxış qadağan edilib. İlkin məlumatlara görə, hücum yüksək texnologiyalı dronlar və ya məsafədən idarə olunan xüsusi qurğular vasitəsilə həyata keçirilib. Hazırda Tehran küçələrində gərginlik pik həddədir və rəsmi qurumlar baş verənlərlə bağlı hələ də genişmiqyaslı açıqlama verməkdən yayınırlar.

Sara

NOCOMMENT.az 

Seçilən
10
nocomment.az

1Mənbələr