AZ

“Araz” marketin qarşısında insident – SAXLANILAN VAR

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki “Araz” supermarketinin qarşısında insident baş verib.

NOCOMMENT.az əldə etdiyi məlumata görə, marketin satıcısı – Sabirabad rayonunda anadan olmuş 1994-cü il təvəllüdlü S.K polis əməkdaşları tərəfindən saxlanılıb. O, marketin önündə xırda xuliqanlıq əməli törətdiyi üçün barəsində protokol yazılıb.

3-cü polis şöbəsində tərtib edilən protokol Xəzər rayon məhkəməsinə göndərilib. Satıcı müvafiq qərarla 5 sutkalıq inzibati həbs edilib.\\News24.az

Seçilən
36
nocomment.az

1Mənbələr