AZ

Rektordan etiraz: Bu halda övladlarımıza, nəvələrimizə necə dərsi keçə bilər?

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müəllimlərin attestasiya nəticələri təhsil aldığı ali təhsil müssələrinə, kolleclərə göndərilsin. 

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova bildirib.

“Mən attestasiya imtahanının keçirilməsinin qəti tərəfdarıyam. Çox istərdim ki, ali təhsil müəssələrinə məlumatlar verilsi. Biz də bilməliyik ki, bu rəhbərlik etdiyimiz dövrdə olub, yoxsa əvvəlki illələrdə”.

C. Mahmudova qeyd edib ki, bu  ali təhsil müəssələrinin,  həm də kolleclərin işini daha yaxşı qurmağa imkan verəcək. 

Ceyran Mahmudova qeyd edib ki, musiqiçi davamlı fortepiano arxasına keçib piano ifa etmirsə, o, müəllim ola bilməz:

“Musiqi müəlimləri digər müəllimlərə bənzəmir. Riyaziyyat müəllimi ali təhsili də bitidikdən sonra müəllim işləyə bilər, amma musiqi müəllimi 6 yaşdan musiqi ilə məşğul olmalıdır. Onlar həyatlarını musiqiyə həsr edirlər, bu müntəzəmlik olmasa musiqi müəllimi müəllim kimi fəaliyyət göstərə bilməz. Pianoçu gərək gündəlik fortepiano arxasında məşq etsin, bunsuz musiqi müəllimi olmaq qeyri-mümkündür. Əgər bir müəllim attestasiya imtahanında elementar musiqini ifa edə bilmirsə o necə attetasiyadan keçə bilər? Bu halda o bizim övladlarımıza, nəvələrimizə necə musiqi dərsi keçə bilər?” – o bildirib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
2
olke.az

3Mənbələr