ain.az, Sia Az portalına istinadən məlumat verir.
"Yenitməlik dövrü, təxminən 12-18 yaş aralığını əhatə edir və bu dövrdə həm qızlarda, həm oğlanlarda bir sıra dəyişikliklər baş verir".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, hormonal dəyişikliklər, emosional dalğalanmalar və bioloji, yəni gözlə görünən fiziki dəyişikliklər daxildir: "Uşaqlar çox vaxt bu dəyişikliklərlə bağlı davranışlarda və emosiyalarda problemlər yaşayırlar. Hormonal sistem psixoloji vəziyyətə güclü təsir göstərir: bəzi yenitmələr daha aqressiv ola bilər, bəziləri isə özlərinə qapalı olurlar. Bundan əlavə, uşaqlıq dövründə alınan travmalar yenitmə dövründə daha çox aktuallaşır.
Yenitməlik dövrünün rahat keçməsi üçün uşaqların 3-7 yaş aralığında düzgün tərbiyə alması çox önəmlidir. Bu tərbiyənin ardıcıl və vahid prinsiplərlə, yəni ananın, nənənin və ya baxıcının yanında eyni qaydada verilməsi vacibdir. Əks halda, fərqli şəxsiyyət modelləri formalaşır ki, bu da gələcəkdə psixoloji problemlərə səbəb ola bilər.
Ümumiyyətlə, yenitmə dövrü həm inkişaf üçün potensial fürsət, həm də psixoloji narahatlıqların ortaya çıxdığı uzun və kritik bir mərhələdir. Bu dövr düzgün dəstək və istiqamətləndirmə ilə həm sağlam, həm də məqsəd yönümlü şəxsiyyətlərin yetişməsinə imkan yaradır".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.