AZ

"Beşiktaş" Polşa klubunun hücumçusu ilə maraqlanır

Bakı. Trend:

"Yaqelloniya"nın hücumçusu Afimiko Pululu karyerasını TürkiyəSuper Liqasında davam etdirə bilər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Beşiktaş" konqolu futbolçununxidmətində maraqlıdır.

İstanbul nəhənginin baş məşqçisi Sergen Yalçın Pululunun oyununubəyənir. "Qara qartallar" yayda Polşa klubu ilə müqaviləsi başaçatan 26 yaşlı forvardı heyətə cəlb etmək üçün onunla danışıqlarabaşlamağı planlaşdırır.

Qeyd edək ki, Afimiko Pululu 2023-cü ilin yayından"Yaqelloniya"da çıxış edir. Konqo billisinin üzvü bu mövsüm"sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 16qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Seçilən
77
2
az.trend.az

4Mənbələr