AZ

Tramp Makronu yola salır?

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun üstündən “birdəfəlik xətt çəkib”. Onun son açıqlamaları bunu deməyə əsas verir. Birləşmiş Ştatların Hörmüz boğazı ətrafında mümkün hərbi əməliyyat planlarına Parisin dəstək verməkdən imtina etməsi ilə bağlı məsələyə toxunarkən, Tramp “Makron tezliklə vəzifəsini itirə bilər” kimi sərt mesaj ünvanlayıb. Əslində, bu fikirlər iki müttəfiq ölkə arasında gərginliyin nə qədər ciddi olduğunu göstərir. Burada bir maraqlı məqam da diqqət çəkir. Belə ki, Fransada prezident seçkiləri hələ gələn il keçiriləcək. Doğrudur, həmin seçkilərdə ölkə konstitusiyasına əsaslansaq, Makron iddiasını irəli sürə bilməyəcək. Amma istənilən halda həmin dövrə hələ çox var və Tramp kimi bir liderin o zamanı gözləməyəcəyi aydındır. O zaman bir sıra suallar meydana çıxır.

Tramp həmkarını ona dəstək vermədiyinə görə kreslosundan necə uzaqlaşdırmağı düşünür? ABŞ prezidentinin bu ritorikası sadəcə siyasi təzyiq alətidirmi?

Yalanın

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında Makronun ciddi seçim qarşısında qaldığını söyləyib:

“Tramp Qərbdən xeyli müddətdir ki, üz çevirib. Bu, hətta Trampın birinci prezidentliyi dövrünə təsadüf edir. ABŞ prezidenti Qərbi müdafiə etdiyi və qoruduğu üçün Avropa liderlərindən pul tələb edirdi. Avropa isə beş-altı ildir ki, ABŞ-la münasibətləri sərinləşdirib. Bu sərinlik Hörmüzə müdaxilə etməməyə və İsrail-İran savaşında Trampı dəstəkləməməyə qədər uzandı. ABŞ prezidenti fransalı həmkarı ilə təhdid dilində danışır. Bu, ilk hadisə deyil. Bir dəfə də Tramp Makrona "ilişmişdi". Tramp da anlayır ki, Avropa koalisiyası savaşa qatılmasa, o zaman İranla savaş uzanacaq. Hətta hər hansı bir nəticə əldə olunmayacaq”.

Ekspertin fikrincə, ona görə də Vaşinqton Parisə qarşı təhdidlərin sayını bundan sonra daha da kəskinləşdirəcək:

“Əgər ABŞ məsələni "Xaç yürüşü"nə çevirməsə, Avropa bu savaşa qatılmaqdan imtina edəcək. Hətta Fransada hakimiyyət dəyişikliyi də mümkün olmayacaq. Əgər “səlib yürüşü” adı altında İrana qarşı əməliyyatlar başlayarsa, o zaman Fransanın indiki rəhbəri kürsüsünü itirəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr