AZ

Lalə Azərtaşın verilişi bağlanmayıb?

Lalə Azərtaşın verilişi bağlanmayıb?

Lalə Azərtaşın “Təsir dairəsi” verilişi bu gün efirə çıxacaq.

AFN.az manset.az-a istinadən xəbər verir ki, Lalə Azərtaşın aparıcılığı ilə yayımlanan “Təsir dairəsi” verilişi bu gün efirə çıxacaq və veriliş öz axarı ilə davam edəcək.

Qeyd edək ki, ötən gün kanal daxilindən Lalə Azərtaşın verilişinin bağlanması ilə bağlı məlumat yayılmış, telekanalın yüksək vəzifəli şəxsləri də bu xəbəri dolayı yolla təsdiqləmişdi.

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişi rəsmi olaraq telekanalın daxili qərarı ilə yayımdan müvəqqəti dayandırılmışdı. Eyni zamanda, oxu.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Bizimləsən” və “Rəngarəng”, ARB-də isə “Səni Axtarıram” və “Həmin Zaur” verilişləri də dayandırılıb.

Beləliklə, “Təsir dairəsi” verilişi qısa fasilədən sonra tamaşaçıların qarşısına çıxır, digər dayandırılmış verilişlərin taleyi isə hələ məlum deyil.

Seçilən
33
1
afn.az

10Mənbələr