AZ

Maşını hasara, daha sonra şüşə sexinə çırpdı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Elsevər Allahverdiyev sükanı arxasında olduğu “Wolkswagen” markalı avtomobilin idarəetməsini itirərək öncə hasara, daha sonra isə yaxınlıqdakı şüşə sexinə çırpıb.

Hadisə Zülfü Hacıyev və Abbas Səhhət küçələrinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Seçilən
38
5
publika.az

6Mənbələr