
“Barselona”nın prezidenti Joan Laporta baş məşqçi Hans Diter Flikin müqaviləsinin vaxtından əvvəl uzadılmasının mümkünlüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, Flik 2028-ci ilə qədər müddətə müqavilə imzalamağa yaxındır; onun hazırkı müqaviləsi 2027-ci ildə başa çatır.
Laporta Flikin daha beş il “Barselona”da qalmasını da istisna etməyib.
“Fliklə yaxşı münasibət çox vacibdir. Düşünürəm ki, o, daha beş il “Barselona”da qala bilər”, - Laporta əlavə edib.