AZ

İranın bu zərbələri beynəlxalq hüquq normalarına ziddir Əlcüteyli

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın qonşu ölkələrə zərbələri beynəlxalq hüquq normalarına və mehriban qonşuluq prinsiplərinə ziddir.

Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əlcüteyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamə qəbul edilib, bu cür hərəkətlər pislənib.

Diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanı hazırda digər tərəfdaş ölkələrlə bu məsələ üzrə koordinasiyalı fəaliyyət göstərir.

Səfir xatırladıb ki, bu gün Ər-Riyadda keçiriləcək fövqəladə iclasda regiondakı mövcud vəziyyət müzakirə ediləcək, gərginliyin aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
3
globalinfo.az

4Mənbələr