AZ

Azərbaycan və Ermənistan arasında ticarət danışıqları başlayıb - Erməni nazir

"Konkret bir məhsul var ki, onunla bağlı Azərbaycan və Ermənistanın biznes dairələri danışıqlar və müzakirələr aparır".

Redaktor.az yerli mətbuata istinadla xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat naziri Qevorq Papoyan deyib.

Parlamentdə yerli nəşrə verdiyi müsahibə zamanı erməni jurnalist Azərbaycandan Ermənistana benzinin ixrac olunduğu bir vaxtda Ermənistanın Azərbaycana nə təklif edəcəyini öyrənməyə çalışıb.

“Biz təklifimizi etmişik. Hazırda konkret bir məhsul var ki, hər iki tərəfin biznes dairələri onunla bağlı artıq danışıqlara və müzakirələrə başlayıb”, - Papoyan bildirib.

Seçilən
63
2
redaktor.az

3Mənbələr