“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” intellektual yarışının 27-ci mövsümünə start verilir. Yeni mövsümdə ölkənin müxtəlif regionlarını və ali təhsil müəssisələrini təmsil edən komandalar biliklərini sınayacaq.
Qeyd edək ki, elm və təhsilin təşviqi “Nar”ın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator müxtəlif layihələr vasitəsilə gənclərin intellektual inkişafını dəstəkləyir və onların potensialını üzə çıxarmağa töhfə verir. “Nar”ın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.