AZ

Trampın “bölgədən çıxacağıq” fikrinin PƏRDƏARXASI KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın “yaxın gələcəkdə bölgədən çıxacağıq” açıqlaması beynəlxalq gündəmdə ciddi müzakirələrə səbəb olub. Lakin “yaxın gələcək” ifadəsinin konkret hansı zaman çərçivəsini əhatə etdiyi və ABŞ-ın bölgədən çıxışının real olaraq nə qədər çəkəcəyi hələ də açıq qalır. Bəs, bu proses neçə ay, yoxsa illərlə davam edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Tramp çıxışlarında “yaxın zaman” ifadəsini işlətsə də, bunun konkret neçə ay və ya il olduğunu özü də dəqiq müəyyənləşdirməyib:

“ABŞ üçün bölgədə qalmaq müəyyən risklər yaradır, lakin müharibə başa çatmadan geri çəkilmək də Vaşinqtonun maraqlarına uyğun deyil. Bu isə qərarvermə prosesini daha da mürəkkəbləşdirir.

Bölgədə əsas geosiyasi amillərdən biri də İsrailin mövqeyidir. İsrail ABŞ-ın bölgəni tərk etməsində maraqlı deyil və xüsusilə İranla qarşıdurma fonunda Vaşinqtonun dəstəyinin davam etməsini istəyir”.

Əli Mustafa qeyd edib ki, əvvəlcə müharibənin qısa müddətdə – hətta 4 gün və ya 4-6 ay ərzində başa çatacağı ilə bağlı gözləntilər olsa da, hazırkı vəziyyət bunun əksini göstərir.

“İranın müqaviməti və hərbi potensialından istifadə etməsi münaqişənin uzanmasına səbəb olur.

Münaqişənin nə vaxt bitəcəyini ABŞ-dan daha çox İranın müqavimət səviyyəsi müəyyən edir. Tehran geri çəkilmək niyyətində deyil və bu da prosesin uzunmüddətli xarakter almasına gətirib çıxarır”.

Ekspert əlavə edib ki, bu qarşıdurma artıq lokal müharibə çərçivəsini aşaraq daha geniş geosiyasi məna kəsb edir və müəyyən mənada Rusiya-Ukrayna müharibəsi ilə müqayisə oluna bilər. Onun fikrincə, söhbət yeni dünya nizamının formalaşmasına təsir edən strateji prosesdən gedir.

Nəticə etibarilə, politoloq hesab edir ki, ABŞ-ın bölgədən çıxışı qısa müddətdə baş verməyəcək və münaqişə hələ uzun müddət davam edə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
konkret.az

2Mənbələr