AZ

Msanqa Tanzaniya yığmasına dəvət aldı – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Tanzaniya yığması martın 23-dən martın 31-nə qədər Ruandada baş tutacaq “FİFA Series” turniri çərçivəsində iki oyun keçirəcək. 22 yaşlı müdafiəçi də bu görüşlərdə şans qazana bilər.

Alfons Mabula Msanqa “Alyans” klubunun yetirməsidir. O, 2022-ci ilin fevralında Serbiyanın “Spartak” klubuna cəlb olunub. Serbiyada “Novi Sad”da da icarədə olmuş Msanqa 2024-cü ilin iyulunda “Spartak”dan ayrılandan “Şamaxı”ya keçənə kimi işsiz olub. Azərbaycana klubu müdafiəçini 2025-ci ilin yanvarında azad agent kimi heyətinə qatıb. Onun “Şamaxı” ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. Tanzaniyalı futbolçu Azərbaycan klubunun heyətində bütövlükdə 42 oyuna çıxıb, 6 qol və 1 assistlə yadda qalıb.

Yarımmüdafiəçi daha öncə Tanzaniyanın U-17 və U-20 yığmalarına da cəlb edilib. O, 2025-ci ilin iyun ayında əsas millidə debüt edib və hələlik meydana çıxdığı 6 oyunda qol hesabını aça bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
21
9
arena.az

10Mənbələr