AZ

İrandan qonşu ölkələrə hərbi ZƏRBƏ XƏBƏRDARLIĞI: “Zavodları dərhal boşaldın” – FOTO

İran neft-kimya zavodlarına hərbi zərbələr endiriləcəyi barədə təcili xəbərdarlıq yayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

İran Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına müraciət edərək, neft-kimya zavodlarını təcili şəkildə tərk etməyə çağırıb.

Yayılmış təcili xəbərdarlıqda bildirilir ki, yaxın bir neçə saat ərzində sözügedən obyektlər hərbi zərbələrə məruz qalacaq.

Təhlükəsizlik məqsədilə bütün əməkdaşlar və ətraf ərazilərdə yaşayan sakinlərin dərhal təxliyə olunması tələb olunur.

Bildirilir ki, bu addım regionda hərbi gərginliyin artması fonunda ciddi təhlükəsizlik tədbiri kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
79
interpress.az

1Mənbələr