AZ

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu keçirilib

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu keçirilib.

"Report" xəbər verir ki, kişilərin yarışında "Azərreyl" "Xilasedici" ilə üz-üzə gəlib və ikincilər 3:2 hesablı qələbə qazanıblar.

Qadınların mübarizəsində iki matç baş tutub. "Azərreyl" "Gənclər"i 3:0, "DH Volley" isə "Milli Aviasiya Akademiyası"nı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ötən gün kişilərin yarışında "Neftçi" "Gəncləri" (3:0), "Ordu" "Murov Az Terminal"ı (3:2) məğlub edib. Qadınların mübarizəsində "Turan Tovuz" "Murov Az Terminal"dan güclü olub - 3:1.

Seçilən
42
2
far.az

9Mənbələr