AZ

Tərtər rayonunun Kəngərli kəndində 200 ə yaxın ailəyə texniki su xətti çəkilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tərtər, 18 mart, AZƏRTAC

Novruz və Ramazan bayramları ərəfəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Kəngərli kəndində 200-ə yaxın ailəyə texniki su xətti çəkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin üzvlərinin, qazilərin və kənd sakinlərinin iştirakı ilə Kəngərli kəndində xəttin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Anar Məmmədov su çəkilişi münasibətilə sakinləri təbrik edib, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin hər bir kənddə, hər bir evdə öz bəhrəsini verdiyini diqqətə çatdırıblar.

Mərasimdə çıxış edən şəhid ailələrinin üzvləri, qazilər və kənd ağsaqqalları bildiriblər ki, yeni su xəttinin çəkilməsi onların gündəlik qayğılarını xeyli azaldacaq.

Sakinlər onlara göstərilən diqqətə, həmçinin şəhid ailələri və qazilərə olan yüksək qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Müxbir – Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
7
azertag.az

8Mənbələr